Tac-ul-Məsacid (ərəbcə: تَاجُ ٱلْمَسَاجِد, mənası "Məscidlərin Tacı") — həmçinin Tac-ul-Məscid (ərəbcə: تَاجُ ٱلْمَسْجِد) kimi də tanınan, Hindistanın Madhya-Pradeş ştatının Bhopal şəhərində yerləşən, Təbliğ Camaatına bağlı, Diobendi hərəkatının bir hissəsi olan sünni məscidi. Təxminən 175.000 ibadətçinin tutumu ilə Hindistanın ən böyük məscididir və 2014-cü ilədək dünyanın doqquzuncu ən böyük məscidi idi.

Memarlıq

Tac-ul-Məsacid, əsasən Moğol memarlığından ilham alır. Məscidin, mərmər günbəzləri olan iki 18 mərtəbəli yüksək səkkizbucaqlı minarəsi, cazibədar sütunları olan təsirli bir əsas dəhlizi və Dehlidəki Cümə Məscidi və Lahordakı Padşah məscidinə bənzər mərmər döşəməsi olan çəhrayı bir fasadı var. Mərkəzdə böyük bir dəstəmaz hovuzu olan bir həyəti var. Əsas namaz zalında dörd girintili tağ və doqquz dişli çoxqatlı açılışı olan iki mərtəbəli bir qapısı var. Zaldakı böyük sütunlar, 16 tavanı bəzəkli ləçəkli dizaynlarla bəzədilmiş, çəpləşdirilmiş tağlar vasitəsilə 27 tavanı tutur. Məsciddə, məscidin tikintisi zamanı qadınlar üçün evdən namaz qılmaq norması nəzərə alındığında nadir olan bir "zenana" da var.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistan məscidləri Kateqoriya:1950-ci illərin memarlığı Kateqoriya:İslam