Əbu Abdillah Əsəd ibn əl-Furat ibn Sinan əl-Qayrəvani (; ) — maliki hüquqçusu. Məhəmməd ibn Həsən əş-Şeybaninin ən mühüm tələbələrindən biri. Qazı.

Bioqrafiyası Xorasan əsillidir. Hicri 152-ci (759) ildə Nəcranda dünyaya gəlib. Harranda dünyaya gəldiyi də söylənib. Ailəsi ilə birlikdə əvvəl Qayrəvana, sonra isə Tunisə köçmüşdür. İlk təhsilini də Tunisdə almışdır. Hicri 172-ci (788–89) ildə təhsil almaq məqsədilə səyahətə çıxmış, Mədinədə Malik ibn Ənəsin yanına gələrək, ondan səma yolu ilə Muvatta-nı öyrənmişdir. Bir müddət Malikdən elm öyrənən Əsəd, İraqa gedərək Əbu Yusif və Məhəmməd əş-Şeybaniyə tələbəlik etmişdir. Burada Əbu Yusifə Muvatta-nı rəvayət etmişdir.

Pulsuzluqdan və tələbələrin çoxluğundan əziyyət çəkən Əsəd, müəllimi Məhəmmədə gileylənmiş, Məhəmməd əş-Şeybani də ona aylıq məvacib ayırmış və gecələri xüsusi dərslər vermişdir. Məhəmmədin yanında Hənəfi fiqhini mükəmməl şəklində öyrənən Əsəd, Misirə getmişdir. Burada Malikin tələbələrindən İbnül-Qasımdan Maliki fiqhini rəvayət etmiş və məşhur əl-Əsədiyyə əsəri tamamlamışdır. Bundan sonra Qayrəvana qayıdan Əsəd, Hənəfi və Maliki məzhəblərini İspaniya sərhədinə və Şimali Afrikaya yaymaqla məşğul olmuş və Səhnun ibn Əbdüssəlam başda olmaqla bir çox şəxsə əl-Əsədiyyə-ni rəvayət etmişdir.

O, hicri 204-cü (819–20) ildə Qayrəvana qazı təyin edilmişdir. O, həm də məharətli bir sərkərdə olmuşdur. Ziyadətullah əl-Ağləbi, onu hicri 212-ci ildə Siciliya adasının ələ keçirilməsi üçün təşkil edilmiş hərbi ekspedisiyanın komandanı təyin etmişdir. O, on min nəfərlik ordu ilə adanı mühasirəyə alaraq Siciliyanı ələ keçirmişdir. Lakin döyüşlərdə aldığı yaralar ucbatından bir müddət sonra hicri 213-cü (828) ildə vəfat etmiştir. Bəzi mənbələrdə onun ölüm tarixi 214-cü (829) və ya 217-ci (832) illərə aid edilmiş, ölümü isə taun epidemisayı ilə əlaqələndirilmişdir.

Əsəd ibn əl-Furat Maliki məzhəbinin ən qabaqcıl alimlərindən olsa da, Qayrəvanda İraq fiqhinin təmsilçisi və imamı olub.

İstinadları

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri